“Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran təmsilçimiz Yaylagül Ramazanova Vətənə qayıdıb

İdmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançının yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Kamandan oxatma üzrə Azərbaycan təmsilçisi “Paris – 2024” Yay Olimpiya Oyunlarında

Kamandan oxatma üzrə Azərbaycan təmsilçisi Yaylagül Ramazanova “Paris – 2024” Yay Olimpiya Oyunlarında 1/32 finalda çinli An Qixuana 6:5 hesabı qalib gəlmiş, 1/16 finalda almaniyalı Mişel Kroppenlə görüşdə isə 6:2 hesabı ilə məğlub olmuşdur. Xatırladaq ki, Y.Ramazanova idman tariximizdə kamandan oxatmada olimpiadaya lisenziya qazanan ilk azərbaycanlıdır.
Kamandan oxatma üzrə idmançımız “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk çıxış etmiş Azərbaycan təmsilçisi oldu

Bu gün Parisdə kamandan oxatma üzrə qadınlar arasında keçirilən və 64 dünya idmançısının qoşulduğu yarışda təmsilçimiz Yaylagül Ramazanova 720 mümkün xaldan 647 xal toplayıb. Bununla da o, qadınlar arasında mövsümdə ən yaxşı nəticə göstərən 8 idmançıdan biri olub. Yaylagül Ramazanova iyulun 30-da Bakı vaxtı ilə saat 20:24-də baş tutacaq növbəti mərhələdə Çin idmançısı Qiksuan An […]
Dövlət qurumlarının əməkdaşları kamandan oxatma idman növündə yarışıblar

İyunun 29-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə 14 dövlət qurumunu təmsil edən 34 əməkdaş (18 kişi və 16 qadın) arasında kamandan oxatma yarışı keçirilib. Kişilər arasında keçirilən yarışda Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Hikmət Əhmədov qalib olub. Elnur Məmmədov (Gənclər və İdman Nazirliyi) ikinci, Rafiq Mahmudov (Ailə, Qadın […]
Azərbaycan Paris – 2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Bu nüfuzlu yarışa növbəti vəsiqəni kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova əldə edib. Y.Ramazanova 14-17 iyun tarixlərində Türkiyənin Antalya şəhərində baş tutan oxatma üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinə yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib. İdmançımız 1-ci mərhələdə Qətər təmsilçisi Suha Şayxı 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə polşalı […]
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Kamandan Oxatma üzrə beynəlxalq turnir.

19 may 2023-cü il tarixində Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirə start verilidi. Azərbaycan, Kazaxıstan, Rusiya və Gürcüstandan olan komandaların iştirak etdiyi turniri açılış sözü ilə başlayan Azərbaycan Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev komandaları salamlayaraq yarışda onların hər birinə uğurlar arzuladı. 30 […]
Qazaxstanda keçirilən beynəlxalq turnirdə idmançılarımız qızıl medal qazandı

2022-ci il 13-18 oktyabr tarixlərində Qazaxstanda keçirilən oxatma Qran-Pri-də Azərbaycanı təmsil edən idmançılar qələbə qazanıb. Belə ki,oxatma federasiyasının idmançıları Hüseynli Fatimə və Kazımzadə Zahid yarışda iştirak edərək qızıl medal qazanıblar.