Çita səfəri uğurla başa çatdı — Azərbaycan oxatanları vətənə geri dönüb

Rusiya Federasiyasının Çita şəhərində keçirilən beynəlxalq “Vladimir Yeşeyev mükafatı” turniri Azərbaycan oxatanları üçün uğurla yekunlaşıb. Yarışda ölkəmizi texniki direktor Vladimer Lekveişvili, baş məşqçi Natiq Fazilov və idmançılar — Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanova təmsil ediblər. Səfərdən uğurla qayıdan komandamız bu gün Bakıya dönüş edib. Oxatanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Kamandan Oxatma […]

Azərbaycanın qızlardan ibarət komandası “Vladimir Yeşeyev mükafatı” beynəlxalq turnirində bürünc medal qazandı

4–7 dekabr 2025-ci il tarixlərində Rusiya Federasiyasının Çita şəhərində keçirilən “Vladimir Yeşeyev mükafatı” üzrə beynəlxalq turnirdə Azərbaycanı təmsil edən qızlardan ibarət komanda uğurlu nəticə əldə edib. Hüseynli Fatimə, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanovadan ibarət milli komandamız 15 ölkənin idmançılarının iştirakı ilə təşkil olunan yarışda yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb və bürünc medal […]

Azərbaycan Kamandan Oxatma Federasiyası və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi əməkdaşlığı genişləndirir

Azərbaycan Kamandan Oxatma Federasiyası və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi parakamandan oxatmanın inkişafı üçün əməkdaşlığı genişləndirirlər. Federasiya ilə Komitə arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında Memorandum ilə bağlı geniş tərkibdə görüş keçirilib. Tərəflər arasında parakamandan oxatma idman növünün inkişafı və əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə […]

Hakimlik standartlarının təkmilləşdirilməsi üzrə təlim proqramı keçirildi

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə 16–18 noyabr tarixlərində beynəlxalq dərəcəli hakim Alper Gülerin rəhbərliyi altında kamandan oxatma idman növü üzrə hakimlik təlimi keçirilib.Ümumilikdə 22 nəfərin qatıldığı təlimdə beynəlxalq standartların tətbiqi, hakimlik prosesinin düzgün idarə olunması və praktiki situasiyaların təhlili üzrə bilik və bacarıqlar artırılıb.Təlim iştirakçıları arasında parakamandan oxatma üzrə […]

Tarixi Qələbənin 5 illiyinə həsr olunan “Zəfər turniri” başa çatıb

Azərbaycan İdman Akademiyasının Stadionunda təşkil olunan və Tarixi Qələbəmizin 5 illiyinə həsr edilən “Zəfər turniri”nin final mərhələsi uğurla yekunlaşıb. Gərgin və rəqabətli mübarizə şəraitində keçən yarışda gənc idmançılar yüksək nəticələr göstəriblər. Qızlar arasında nəticələr:1-ci yer: Ağaməmmədli Nilufər2-ci yer: Bədəlli Sümeyyə3-cü yer: Butrik Kseniya Oğlanlar arasında nəticələr:1-ci yer: Vəliyev Sərdar2-ci yer: Rəhimli Nurlan3-cü yer: İsmayılov İslam […]

Günün yarış nəticələri açıqlanıb

“Zəfər turniri”ndə günün nəticələri açıqlanıb.Bu gün qızlar arasında 1/16, 1/8 və 1/4 mərhələləri keçirilib. Oğlanlar arasında isə 1/8 və 1/4 mərhələlərinə yekun vurulub.Sabah həm qızlar, həm də oğlanlar üzrə 1/2 final mərhələləri keçiriləcək.Qızlar üzrə yarımfinalçılar:• Nəbiyeva Fatimə• Butrik Kseniya• Bədəlli Sümeyyə• Ağaməmmədli Nilufər Oğlanlar üzrə yarımfinalçılar:• Rəhimli Nurlan• Vəliyev Sərdar• İsmayılov İslam• Kazımzadə Zahid Yarımfinal […]

“Zəfər turniri”nin açılış mərasimi keçirilib

14 noyabr tarixində Azərbaycan İdman Akademiyasının Stadionunda “Zəfər turniri”nin açılış mərasimi baş tutub. Açılışda giriş nitqi ilə çıxış edən Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən gənc oxatanların hazırlıq səviyyəsinin artırılması və yarış təcrübəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. O vurğulayıb ki, “Zəfər turniri” yalnız yerli idmanda rəqabəti gücləndirmir, […]

“Zəfər turniri”nin təsnifat mərhələsi yekunlaşdı

Bu gün Azərbaycan İdman Akademiyasının Stadionunda “Zəfər turniri”nin təsnifat mərhələsinə start verilib. Gənc oxatanlar yarış öncəsi hazırlıq mərhələsini tamamlayıblar. 60 metr məsafədə 19 qız və 9 oğlan idmançı sabah keçiriləcək sıralama atışlarında mübarizə aparacaqlar. Turnirin nəticələrinə əsasən, qalib gələn oxatanlar 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirak hüququ (lisenziya) qazanacaqlar.

Anlaşma Memorandumu ilə əməkdaşlığın yeni mərhələsi başlayır

Azərbaycan Kamandan Oxatma Federasiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlığın inkişafı və birgə fəaliyyətin möhkəmləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.Memorandumu Federasiyanın baş katibi Fərid Xəlilov və Akademiyanın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov imzalayıblar.Əməkdaşlıq çərçivəsində kamandan oxatma idman növünün peşəkar inkişafı və gənclərin bu sahəyə marağının artırılması üçün layihələr həyata keçiriləcək.Tərəflər, həmçinin, təlim […]

Kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək

13–15 noyabr 2025-ci il tarixlərində Azərbaycan İdman Akademiyasının Stadionunda tarixi qələbənin 5 illiyinə həsr olunmuş kamandan oxatma üzrə “Zəfər turniri” keçiriləcək. Yarış Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə reallaşacaq.Turnirdə ölkənin müxtəlif bölgələrindən olan 18 yaşadək gənc oğlan və qız idmançılar iştirak edəcəklər. Yarışlar 60 metr məsafədə […]