Örtülü salonda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulub

Azərbaycanın müxtəlif bölgələrindən olan 60-a yaxın kişi və qadın idmançının qatıldığı yarışlarda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) mükafatçılar müəyyən edilib. Yeniyetmə oxatanların mübarizəsində Nilufər Ağaməmmədli bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Leyla Əfəndiyeva ilə Leyla Məmmədli isə yarışı gümüş və bürünc medallarla başa […]
Bu gün Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib

Bakı İdman Sarayında təşkil olunan turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov oxatma ənənəsinin tarixi kökümüzlə bağlılığına diqqət çəkərək, bu idman növünün inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bugünkü çempionatın yüksək səviyyədə təşkil olunmasından danışan A.Məmmədov bu yarışın iştirakçıların gələcək karyeralarında xüsusi önəm daşıdığını qeyd edib. Turnirin milli komandanın formalaşması baxımından əhəmiyyətindən […]
Örtülü salonda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək

5-7 fevral tarixlərində Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək. Yarışlarda müxtəlif bölgələrimizi təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar. Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama […]
2024-cü ilin ən yaxşı qadın idmançısı-Yaylagül Ramazanova

Kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova “2024-cü ilin ən yaxşı qadın idmançı”sı elan edilib. Gənclər və İdman Nazirliyi tərəfindən bu ada layiq görülən idmançımızın bu uğuru onun karyerasında möhtəşəm nailiyyət olmaqla, Kamandan Oxatma Federasiyası üçün yeni bir mərhələnin başlanğıcıdır. Federasiyanın kollektivi adından Yaylagül xanımı bu münasibətlə ürəkdən təbrik edir, hədəflərinə doğru qətiyyətli addımlarında yeni nailiyyətlər arzulayırıq.
Azərbaycan və Çad: İdman əməkdaşlığında yeni səhifə

Bu gün Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev və Çad Kamandan Oxatma Federasiyasının prezidenti, Çad Olimpiya Komitəsinin baş katibi Nguelet Kolombe arasında məhsuldar görüş keçirilib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə qurulacaq əlaqələrin inkişaf perspektivləri və Kamandan Oxatma üzrə mümkün layihələr müzakirə edilib. Bu əməkdaşlıq hər iki ölkənin idmançıları […]
Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına yekun vurulub

Azərbaycanın 50-dən çox idmançının qoşulduğu mübarizədə üç kateqoriya üzrə mükafatçılar müəyyən edilib. Böyüklər arasında qadın oxatanların yarışında (70 metr) Olimpiya təmsilçimiz Yaylagül Ramazanova qızıl, gənc və perspektivli Fatimə Hüseynli gümüş, Svetlana Simonova isə bürünc medala yiyələniblər. Bu kateqoriya üzrə yarışan kişi idmançılar arasında qızıl medalı Məhəmmədəli Əliyev, gümüşü Roman Venqerov, bürünc medalı isə Əhməd Hüseynov […]
Azərbaycanın Kamandan Oxatma üzrə Çempionatı: İdman nailiyyətləri mədəni ənənələrlə birləşir!

23-25 avqust 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizəyə qoşulacaq. Bu çempionat ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunması, cəmiyyətin #idman əzminin möhkəmləndirilməsinə […]
Həftəsonu əsl idman ab-havası yaşandı!

İndi isə Sizləri səbirsizliklə 23-25 avqust tarixlərində baş tutacaq Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatında gözlədiyimizi bildiririk! Çempionat Əhəd Yaqubov küçəsi, 15 – Avropa Oyunları Parkı ünvanında üç gün davam edəcək və yarışlar hər gün saat 10:00-da başlayacaq. Giriş sərbəstdir. İdmançılarımıza birlikdə dəstək olaq!
Böyük çempionat ərəfəsində açıq havada keçiriləcək oxatma üzrə ustad dərslərinə qoşulun!

Dünən dəniz kənarında Sea Breeze Resort’da baş tutan tədbir bu gün də saat 13:00-dan 19:00-dək davam edəcəkdir! Peşəkar idmançılar olan Əhməd Hüseynov və Fatimə Hüseynli sizə bu sənətin bütün sirlərini aşılayacaqlar. Bu dərslər həvəskarlara möhtəşəm idman atmosferinə qərq olmaq fürsəti qazandıracaq. İştirak edin, hədiyyələr qazanın və əsl çempionatın adrenalini hiss edin! Qeyd edək ki, 23-25 avqust […]
23-25 avqust tarixlərində Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək!

Turnirdə ölkənin ən peşəkar oxatanları çempionluq titulu uğrunda mübarizə aparmaq üçün bir araya gələcəklər. Bu həyəcanlı anlara şahidlik etmək və idmançılara dəstək olmaq fürsətini qaçırmayın! 23-25 avqust 2024-cü il 10:00 Bakı, Əhəd Yaqubov, 15, Avropa Oyunları Parkı