Antalyada World Archery-nin 2025-ci il üzrə ilk qlobal gənclər təlim proqramı start götürüb

World Archery tərəfindən təşkil olunan 2025-ci il üzrə ilk qlobal gənclər təlim proqramı 9–14 iyun tarixlərində Antalyada keçirilir.Azərbaycan da daxil olmaqla 6 ölkədən 14–16 yaşlı perspektivli gənc oxatanlar və məşqçilər bu intensiv təlim həftəsində bir araya gəliblər.Texniki hazırlıq, psixoloji məşq və mədəniyyətlərarası mübadilə ilə zənginləşdirilən proqram məşhur mütəxəssislər – Nataliya Nasaridze və Göktuğ Erginin rəhbərliyi […]

Anar Quliyev və Abdullah Topaloğlu əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Kamandan Oxatma üzrə Dünya Kuboku çərçivəsində həmçinin Türkiyə Kamandan Oxatma Federasiyasının prezidenti Abdullah Topaloğlu ilə faydalı görüş keçirib. Anar Quliyev həmkarları ilə ölkələrimiz arasında qardaşlıq əlaqələrinin idman sahəsində də möhkəmləndirilməsi və kamandan oxatma üzrə birgə layihələrin həyata keçirilməsi barədə ətraflı fikir mübadiləsi aparıb.

Azərbaycan və Dünya Kamandan Oxatma Federasiyalarının prezidentləri Antalyada bir araya gəliblər

Bu gün Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdener ilə Kamandan Oxatma üzrə Dünya Kuboku çərçivəsində Antalyada səmimi görüş keçirib. Görüş zamanı ölkəmizdə Kamandan Oxatma idman növünün inkişafının əsas istiqamətləri, o cümlədən idmançıların və məşqçilərin hazırlanması, beynəlxalq turnirlərin təşkili və world archery ilə əməkdaşlığın gücləndirilməsi kimi vacib məsələlər […]

Azərbaycan Kamandan Oxatma yığması Dünya Kubokunda yarışacaq

Azərbaycanın kamandan oxatma üzrə milli komandası 3–8 iyun 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Kamandan Oxatma üzrə Dünya Kubokunun 3-cü mərhələsində iştirak edəcək. Beynəlxalq turnirdə ölkəmizi Yaylagül Ramazanova, Fatimə Hüseynli, Svetlana Simonova, Məhəmmədəli Əliyev, Roman Venqerov və Əhməd Hüseynov təmsil edəcək. Azərbaycan idmançıları fərdi, komanda, eləcə də qarışıq yarışlarda mübarizə aparacaqlar. Komandamıza uğurlar və […]

Azərbaycan İdman Akademiyasında növbəti karyera sərgisi təşkil olunub

14 may 2025-ci il tarixində Azərbaycan İdman Akademiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və Akademiyanın birgə təşkilatçılığı ilə Karyera Sərgisi keçirildi. Açılış mərasimində çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev sərginin əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür tədbirlər tələbə və məzunların karyera imkanlarını genişləndirməyə və ixtisaslarına uyğun işlə […]

Azərbaycanın kamandan oxatma üzrə milli komandası Avropa Kuboku yarışlarında iştirak edir

Mayın 12-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində gənclər arasında kamandan oxatma üzrə Avropa kuboku turnirinə start verilib. Azərbaycan millisi yarışlarda səkkiz idmançı ilə (Fatimə Hüseynli, Sümeyyə Bədəlli, Yağmur Qurbanlı, Zəhra Carçılı, Zahid Kazımzadə, Nurlan Rəhimli, Sərdar Vəliyev, İslam İsmayılov) təmsil olunur.Ümumilikdə 18 ölkədən 204 idmançının qatıldığı beynəlxalq turnirin açılış mərasimi və məşq sessiyaları mayın 12-də baş […]

Zəfər xəbəri ilə qarşınızdayıq

Böyük qürur hissi ilə bildiririk ki, idmançımız Leyla Məmmədli Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında beynəlxalq miks yarışında 1-ci yerə çıxaraq qızıl medal qazanıb.Gənc idmançımızı ölkəmizin bayrağını beynəlxalq arenada zirvəyə yüksəltdiyinə və qazandığı möhtəşəm qələbəyə görə səmimi-qəlbdən təbrik edirik.Qeyd edək ki, Leyla Məmmədli Focus Oxatma Məktəbinin tələbəsidir.

Oxatanlarımız ISF U15 Gimnaziadada ölkəmizi təmsil edir

4–14 aprel 2025-ci il tarixlərində Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan kamandan oxatma idman növü üzrə 6 idmançı ilə iştirak edir. İdmançılar yarışa ciddi hazırlaşır və beynəlxalq arenada ölkəmizin adını layiqincə yüksəltməyi qarşıya məqsəd qoyublar. Komandamıza uğurlar və hədəfləri yolunda parlaq çıxışlar arzu edirik.

Əliyev Məhəmmədəliyə “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsi verilib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun 3 mart 2025-ci il tarixli qərarı ilə yığmanın üzvü Əliyev Məhəmmədəliyə “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsi verilib. İdmançının ölkədaxili və beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələr, eləcə də Azərbaycan idmanının inkişafına verdiyi töhfələr bu adı almağa əsas olub. Azərbaycan Kamandan Oxatma Federasiyası adından Məhəmmədəlini bu münasibətilə təbrik edir, […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin Prezidenti seçilib

Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisi keçirilib. MOK-un inzibati binasında keçirilən Baş Məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər. Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və […]