Baş katib Fərid Xəlilov Volgok orta məktəbini ziyarət edib

Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Ukrayna Kamandan Oxatma Federasiyasının prezidenti Oleksandr Nikolayevski və Qazaxıstan Kamandan Oxatma Federasiyasının baş katibi Esset Baytasov Koreya Respublikasına işgüzar səfər çərçivəsində Qvanqju şəhərində yerləşən Volgok orta məktəbi ziyarət ediblər. Səfər zamanı milli federasiyaların nümayəndələri Koreyada tədris prosesinin təşkili ilə tanış olublar. Burada kamandan oxatma idman növü məktəbin […]
ABŞ nümayəndəsi Qreq İston world archery-nin 10-cu prezidenti olub

Bu gün Beynəlxalq Kamandan Oxatma Federasiyasının 56-cı Konqresi çərçivəsində 151 milli federasiyanın nümayəndəsi beynəlxalq federasiyanın yeni prezidentini seçiblər. Səsvermənin nəticələrinə əsasən, ABŞ nümayəndəsi Qreq İston world archery-nin 10-cu prezidenti olub. O, bu vəzifədə son 20 il ərzində federasiyaya rəhbərlik etmiş və səlahiyyət müddətini başa vurmuş professor doktor Uğur Erdeneri əvəz edib. Azərbaycan Kamandan Oxatma Federasiyası […]
Professor doktor Uğur Erdener ömürlük təşkilatın Fəxri Prezidenti adına layiq görülüb

Bu gün Koreyanın Qvanqju şəhərində keçirilən Beynəlxalq Oxatma Federasiyasının 56-cı Konqresində professor doktor Uğur Erdener ömürlük təşkilatın Fəxri Prezidenti adına layiq görülüb. Uğur Erdener beynəlxalq federasiyaya 20 il rəhbərlik edərək oxatmanın dünyada inkişafında və populyarlaşmasında böyük rol oynayıb. Sabah onun beşinci prezidentlik müddəti başa çatacaq. Azərbaycan Kamandan Oxatma Federasiyası professor doktor Uğur Erdenerə dünya idmanının […]
Azərbaycan Beynəlxalq Kamandan Oxatma Federasiyasının 56-cı Konqresində iştirak edir

Bu gün Koreyanın Qvanqju şəhərində Beynəlxalq Oxatma Federasiyasının 56-cı Konqresi öz işinə başlayıb. Azərbaycanı bu beynəlxalq forumda Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov təmsil edir. Konqresdə 151 milli federasiyanın nümayəndəsi iştirak edir ki, bu da belə tədbirlər tarixində rekord göstərici hesab olunur. Gündəlikdə dünyada kamandan oxatmanın gələcək inkişafı ilə bağlı mühüm mövzular, o cümlədən […]
Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı yekunlaşdı

Bu gün Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının final mərhələsi keçirilib. Yarışlarda müxtəlif yaş kateqoriyalarında qaliblər müəyyənləşib, mükafatlandırma mərasimində medallar təqdim olunub. Fərqlənən yeniyetmələrdən qızlar arasında Rüstəmli Sona qızıl, Məmmədli Leyla gümüş, Əhədzadə Banu isə bürünc medala sahib olub. Oğlanlardan isə Məhəmməd İsmayılov qızıl, Məhərrəmov Hüseyn gümüş, Novruzov Cəmil bürünc medalla təltif ediliblər. Qaliblərə medalları Azərbaycan […]
Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının final mərhələsi davam edir

Yeniyetmə qızlar arasında birincilik uğrunda Rüstəmli Sona ilə Məmmədli Leyla, oğlanlar arasında isə Məhərrəmov Hüseyn və İsmayılov Məhəmməd mübarizə aparırlar.Əhədzadə Banu, Əfəndiyeva Leyla, Nəbiyev Nicat və Novruzov Cəmil isə müvafiq olaraq bürünc medal uğrunda yarışırlar. Gənclər arasında Bədəlli Sümeyyə ilə Qurbanlı Yağmur, Rəhimli Nurlan ilə Vəliyev Sərdar qızıl, Carçılı Zəhra, Almas Lalə, Balakişiyev Muhamməd və […]
Təsnifat mərhələsində kateqoriyalar üzrə liderlər müəyyən edilib

Təsnifat mərhələsinin nəticələrinə əsasən kateqoriyalar üzrə liderlər müəyyən edilib. Yeniyetmələr arasında ilk 10-luqda qərarlaşan idmançıların nəticələrini təqdim edirik:1. Rüstəmli Sona – 597 xal2. Ağaməmmədli Nilufər – 578 xal3. Məmmədli Leyla – 565 xal4. İbrahimli Məryəm – 510 xal5. Əhədzadə Banu – 495 xal6. Abdullayeva Zeynəb – 427 xal7. Əfəndiyeva Leyla – 399 xal8. Səmədli Rüqəyya […]
Kamandan oxatma üzrə milli çempionatın açılış mərasimi keçirilib

Bu gün Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının açılış mərasimi baş tutub. Turniri giriş nitqi ilə açan Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd edib ki, kamandan […]
Ölkə Birinciliyi və Çempionatının birinci mərhələsi yekunlaşdı

Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının birinci mərhələsi yekunlaşdı. İdmançılarımız yarışöncəsi məşqləri başa vuraraq, öz qüvvələrini sınadılar. Avqustun 29-da sıralama atışları baş tutacaq. Bütün idmansevərləri turnirin növbəti həlledici mərhələsində gözləyirik.
Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başladı

Bakıda kamandan oxatma üzrə yarışlara start verildi. Azərbaycanın müxtəlif bölgələrindən 66 ən güclü oxatan medallar uğrunda mübarizəyə başlayır. Bu gün məşq sessiyaları, sabah sıralama atışları baş tutacaq. Böyük final isə avqustun 30-da keçiriləcək və ölkənin ən güclü oxatanları müəyyən olunacaq.