III Təhlükəsiz İdman Forumu keçirilib

Bu gün Milli Olimpiya Komitəsində III Təhlükəsiz İdman Forumu keçirilib. Forumun əsas məqsədi idman sahəsində təhlükəsiz mühitin təmin olunması, yarana biləcək risklərin vaxtında aşkarlanaraq qarşısının alınması istiqamətində milli və beynəlxalq təcrübələrin mübadiləsini aparmaq olub. Tədbir çərçivəsində mövzu ilə bağlı yerli və xarici ekspertlərin çıxışları dinlənilib, təhlükəsiz idman mühitinin formalaşdırılması istiqamətində aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.
III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarına yekun vurulub

Dünən Xankəndi şəhər stadionunda III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarına yekun vurulub. Biz bütün idmançılarımızı uğurlu çıxışlarına görə təbrik edir və ədalətli rəqabətə görə səmimi təşəkkürümüzü bildiririk. Məşqçilərə, hakimlərə və yarış təşkilatçılarına Qarabağın qəlbində yarış üçün lazım olan bütün şəraiti yaratdıqlarına görə xüsusi minnətdarlığımızı ifadə edirik. Əminik ki, bu yarışlar ölkəmizdə kamandan oxatma idmanının daha […]
Qadınlardan ibarət Azərbaycan yığması III MDB Oyunlarını 4-cü pillədə başa vurub

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma yarışlarının final gününə yekun vurulub. Final mərhələsində Azərbaycan qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizədə yığmamız yarışları 4-cü yerdə başa vurub.
III MDB Oyunlarında kamandan oxatma üzrə final mərhələsinə bir addım qaldı

III MDB Oyunları çərçivəsində bu gün Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların komanda və qarışıq komanda mərhələlərinə yekun vuruldu. Gün ərzində Azərbaycan yığma komandası yüksək əzmkarlıq nümayiş etdirərək bütün qarşılaşmalarda sona qədər mübarizə apardı. Yarışların həlledici mərhələsi sabah baş tutacaq. Final günündə qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına […]
Fərdi yarışların yekunu: Azərbaycan yığması mübarizəni komanda yarışlarında davam etdirəcək

Bu gün Xankəndi şəhər stadionunda fərdi yarışların sonuncu günü başa çatıb. Yarışların final mərhələsi 5 oktyabr tarixində keçiriləcək. Sabahdan etibarən isə qarışıq komanda (1 qadın və 1 kişi), eləcə də qadınlar və kişilərdən ibarət komanda yarışlarına start veriləcək. Azərbaycan yığma komandası mübarizəsini həm qarışıq komanda, həm də komanda yarışları üzrə davam etdirəcək.
Azərbaycan oxatanları 1/8 final mərhələsinə vəsiqə qazandılar

Xankəndidə kamandan oxatma üzrə yarışların ikinci günü başa çatdı. Bu gün keçirilən kvalifikasiya mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınadılar. Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa olaraq 1/8 final mərhələsinə vəsiqə qazandılar. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə […]
Oxatmanın zirvə anı Xankəndidə: III MDB Oyunları rəsmi olaraq başlandı

Bu gün Xankəndi şəhər stadionunda III MDB Oyunlarının rəsmi açılışı baş tutub. Yarışların ilk günü çərçivəsində kamandan oxatma üzrə kvalifikasiya raundu uğurla yekunlaşıb. Qısa fasilədən sonra turnirin ən gərgin və məsuliyyətli mərhələlərindən biri – fərdi atışlar mərhələsinə start veriləcək. Azərbaycan yığma komandası yüksək sərrastlığı və əzmi ilə mübarizədə ön sıralarda yer almaq uğrunda çıxışını qətiyyətlə […]
Xankəndi şəhərində kamandan oxatma idman növü üzrə III MDB Oyunları start götürür

Bu gün Xankəndi şəhər stadionunda oxatma yarışı öncəsi məşqlər baş tutub. Azərbaycan yığmasının da iştirak etdiyi beynəlxalq turnirdə 6 ölkənin nümayəndə heyəti hədəfə son atışlarını həyata keçirib. Turnir çərçivəsində iştirakçılar sabah keçiriləcək təsnifat (kvalifikasiya) raundu ilə rəsmi olaraq mübarizəyə başlayacaqlar. Yarış fərdi atışlarla davam edəcək. Azərbaycan Kamandan Oxatma Federasiyası yarış iştirakçılarına uğurlar, milli komandamıza isə dəqiqlik […]
İdman ruhu Xankəndidə alovlanır – III MDB Oyunları başlayır

1 oktyabr tarixindən etibarən Xankəndi şəhəri möhtəşəm idman həyəcanına şahid olacaq – Kamandan Oxatma yarışı başlayır.Final və qaliblərin mükafatlandırma mərasimi isə 5 oktyabrda keçiriləcək. Azərbaycan yığması yarışda 6 güclü idmançı ilə mübarizə aparacaq.Onların hədəfi – dəqiq ox, qələbə və ürəklərdə iz qoyaraq tarix yazmaqdır. Eyni zamanda Tacikistan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikası və Rusiya Federasiyasının oxatan idmançıları da […]
Azərbaycan oxatanları dünya çempionatında

5–12 sentyabr tarixlərində Cənubi Koreyanın Qvanqju şəhərində mövsümün ən böyük yarışı keçiriləcək. Turnirdə 76 ölkədən 500-dən çox idmançı qüvvəsini sınayacaq. Məhəmmədəli Əliyev və Fatimə Hüseynli milli komandamızı klassik kamandan oxatma üzrə təmsil edərək, medal uğrunda mübarizə aparacaqlar. Hava şəraitindən asılı olmayaraq idmançılarımız məşqlərini davam etdirir və ölkəmizi layiqincə təmsil etməyə hazırlaşırlar.