Bu gün Azərbaycan İdman Akademiyasının Stadionunda “Zəfər turniri”nin təsnifat mərhələsinə start verilib. Gənc oxatanlar yarış öncəsi hazırlıq mərhələsini tamamlayıblar.
60 metr məsafədə 19 qız və 9 oğlan idmançı sabah keçiriləcək sıralama atışlarında mübarizə aparacaqlar.
Turnirin nəticələrinə əsasən, qalib gələn oxatanlar 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirak hüququ (lisenziya) qazanacaqlar.








