Bu gün Xankəndi şəhər stadionunda III MDB Oyunlarının rəsmi açılışı baş tutub. Yarışların ilk günü çərçivəsində kamandan oxatma üzrə kvalifikasiya raundu uğurla yekunlaşıb. Qısa fasilədən sonra turnirin ən gərgin və məsuliyyətli mərhələlərindən biri – fərdi atışlar mərhələsinə start veriləcək.
Azərbaycan yığma komandası yüksək sərrastlığı və əzmi ilə mübarizədə ön sıralarda yer almaq uğrunda çıxışını qətiyyətlə davam etdirir.







