Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma yarışlarının final gününə yekun vurulub.
Final mərhələsində Azərbaycan qadınlardan ibarət yığma komandası bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizədə yığmamız yarışları 4-cü yerdə başa vurub.

