Bu gün Xankəndi şəhər stadionunda oxatma yarışı öncəsi məşqlər baş tutub. Azərbaycan yığmasının da iştirak etdiyi beynəlxalq turnirdə 6 ölkənin nümayəndə heyəti hədəfə son atışlarını həyata keçirib.
Turnir çərçivəsində iştirakçılar sabah keçiriləcək təsnifat (kvalifikasiya) raundu ilə rəsmi olaraq mübarizəyə başlayacaqlar. Yarış fərdi atışlarla davam edəcək.
Azərbaycan Kamandan Oxatma Federasiyası yarış iştirakçılarına uğurlar, milli komandamıza isə dəqiqlik və möhtəşəm qələbələr qazanmağı arzu edir.






