Yeniyetmə qızlar arasında birincilik uğrunda Rüstəmli Sona ilə Məmmədli Leyla, oğlanlar arasında isə Məhərrəmov Hüseyn və İsmayılov Məhəmməd mübarizə aparırlar.
Əhədzadə Banu, Əfəndiyeva Leyla, Nəbiyev Nicat və Novruzov Cəmil isə müvafiq olaraq bürünc medal uğrunda yarışırlar.
Gənclər arasında Bədəlli Sümeyyə ilə Qurbanlı Yağmur, Rəhimli Nurlan ilə Vəliyev Sərdar qızıl, Carçılı Zəhra, Almas Lalə, Balakişiyev Muhamməd və Qənbərli Əli isə müvafiq olaraq bürünc medal uğrunda mübarizə aparırlar.
Böyüklərin yarışında Simonova Svetlana, Ramazanova Yaylagül, Venqerov Roman, Əliyev Məhəmmədəli müvafiq olaraq qızıl, Hüseynli Fatimə, Əbdürəhmanova Lalə, Cavadzadə Anar, Morozeviç Amiran isə bürünc medal uğrunda yarışırlar.







