Bakıda kamandan oxatma üzrə yarışlara start verildi. Azərbaycanın müxtəlif bölgələrindən 66 ən güclü oxatan medallar uğrunda mübarizəyə başlayır.
Bu gün məşq sessiyaları, sabah sıralama atışları baş tutacaq. Böyük final isə avqustun 30-da keçiriləcək və ölkənin ən güclü oxatanları müəyyən olunacaq.












