Bu gün Milli Olimpiya Komitəsində III Təhlükəsiz İdman Forumu keçirilib.
Forumun əsas məqsədi idman sahəsində təhlükəsiz mühitin təmin olunması, yarana biləcək risklərin vaxtında aşkarlanaraq qarşısının alınması istiqamətində milli və beynəlxalq təcrübələrin mübadiləsini aparmaq olub.
Tədbir çərçivəsində mövzu ilə bağlı yerli və xarici ekspertlərin çıxışları dinlənilib, təhlükəsiz idman mühitinin formalaşdırılması istiqamətində aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.



