III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarına yekun vurulub

Dünən Xankəndi şəhər stadionunda III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarına yekun vurulub.

Biz bütün idmançılarımızı uğurlu çıxışlarına görə təbrik edir və ədalətli rəqabətə görə səmimi təşəkkürümüzü bildiririk. Məşqçilərə, hakimlərə və yarış təşkilatçılarına Qarabağın qəlbində yarış üçün lazım olan bütün şəraiti yaratdıqlarına görə xüsusi minnətdarlığımızı ifadə edirik.

Əminik ki, bu yarışlar ölkəmizdə kamandan oxatma idmanının daha da inkişafına təkan verəcək, idmançılarımız bundan sonra da Azərbaycanın idman nüfuzunu möhkəmləndirəcəklər.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp