Federasiya 2028-ci il Olimpiya Oyunlarında kompaund yay üzrə hazırlığa başlayır

İyulun 21-də Kamandan Oxatma Federasiyasının nümayəndələri gənclər və idman naziri Fərid Qayıbovun idman federasiyalarının nümayəndələri ilə keçirdiyi görüşdə iştirak ediblər.

Görüş zamanı idmanın inkişafı ilə bağlı aktual məsələlər, o cümlədən 2028-ci ildə Los-Ancelesdə baş tutacaq XXXIV Yay Olimpiya Oyunlarına hazırlıq müzakirə olunub. Nazir federasiyaları olimpiya lisenziyalarının sayının artırılması istiqamətində səyləri gücləndirməyə çağırıb.

Öz növbəsində Kamandan Oxatma Federasiyasının nümayəndələri bildiriblər ki, kompaund yay növü rəsmi olaraq bu ildən Olimpiya Oyunlarının proqramına daxil edilib. Bununla əlaqədar olaraq Federasiya tərəfindən yaxın vaxtlarda kompaund yay üzrə ixtisaslaşmış məşqlər təşkil olunacaq və bu olimpiya növünün Azərbaycanda məşhurlaşdırılması üzrə addımlar atılacaq.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp