Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Bakıda – gənc oxatanlarımızı yüksək qiymətləndirdi

Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdener Azərbaycana işgüzar səfəri çərçivəsində iyulun 12-də Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyevlə səmimi görüş keçirib.

Hörmətli qonaq milli, habelə yeniyetmə və gənclərdən ibarət yığma komandaların Bakıda açıq havada keçən təlim-məşq prosesini izləyərək, idmançılarımızın hazırlıq səviyyəsini yüksək qiymətləndirib və onlara beynəlxalq arenada uğurlar arzulayıb.

Anar Quliyev ölkəmizdə kamandan oxatma idman növünə artan maraqdan və idmançılara yaradılan şəraitdən geniş bəhs edib. Həmçinin ölkəmizdə idman sahəsinin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp