Baş katib Fərid Xəlilov Volgok orta məktəbini ziyarət edib

Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov, Ukrayna Kamandan Oxatma Federasiyasının prezidenti Oleksandr Nikolayevski və Qazaxıstan Kamandan Oxatma Federasiyasının baş katibi Esset Baytasov Koreya Respublikasına işgüzar səfər çərçivəsində Qvanqju şəhərində yerləşən Volgok orta məktəbi ziyarət ediblər.

Səfər zamanı milli federasiyaların nümayəndələri Koreyada tədris prosesinin təşkili ilə tanış olublar. Burada kamandan oxatma idman növü məktəbin proqramına daxil edilərək fənlərdən biri kimi tədris olunur. Nümayəndə heyətlərinin üzvləri həmçinin şagirdlərin hazırlıq sistemi, müasir maddi-texniki təminat və ölkədə məktəb idmanının inkişafına kompleks yanaşma barədə məlumat əldə ediblər.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp