Azərbaycan oxatanları dünya çempionatında

5–12 sentyabr tarixlərində Cənubi Koreyanın Qvanqju şəhərində mövsümün ən böyük yarışı keçiriləcək. Turnirdə 76 ölkədən 500-dən çox idmançı qüvvəsini sınayacaq.

Məhəmmədəli Əliyev və Fatimə Hüseynli milli komandamızı klassik kamandan oxatma üzrə təmsil edərək, medal uğrunda mübarizə aparacaqlar.

Hava şəraitindən asılı olmayaraq idmançılarımız məşqlərini davam etdirir və ölkəmizi layiqincə təmsil etməyə hazırlaşırlar.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp