Azərbaycan Kamandan Oxatma yığması Dünya Kubokunda yarışacaq

Azərbaycanın kamandan oxatma üzrə milli komandası 3–8 iyun 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Kamandan Oxatma üzrə Dünya Kubokunun 3-cü mərhələsində iştirak edəcək.

Beynəlxalq turnirdə ölkəmizi Yaylagül Ramazanova, Fatimə Hüseynli, Svetlana Simonova, Məhəmmədəli Əliyev, Roman Venqerov və Əhməd Hüseynov təmsil edəcək.

Azərbaycan idmançıları fərdi, komanda, eləcə də qarışıq yarışlarda mübarizə aparacaqlar.

Komandamıza uğurlar və qələbələr arzulayırıq.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp