Azərbaycan Kamandan Oxatma Federasiyası və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi əməkdaşlığı genişləndirir

Azərbaycan Kamandan Oxatma Federasiyası və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi parakamandan oxatmanın inkişafı üçün əməkdaşlığı genişləndirirlər.

Federasiya ilə Komitə arasında Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu imzalanıb. Hər iki qurum rəsmiləri arasında Memorandum ilə bağlı geniş tərkibdə görüş keçirilib.

Tərəflər arasında parakamandan oxatma idman növünün inkişafı və əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə parakamandan oxatmanın inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Memorandumu federasiyanın baş katibi Fərid Xəlilov və komitənin baş katibi Toğrul Rəhimov imzalayıblar.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp