Bu gün Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev Dünya Kamandan Oxatma Federasiyasının prezidenti Uğur Erdener ilə Kamandan Oxatma üzrə Dünya Kuboku çərçivəsində Antalyada səmimi görüş keçirib.
Görüş zamanı ölkəmizdə Kamandan Oxatma idman növünün inkişafının əsas istiqamətləri, o cümlədən idmançıların və məşqçilərin hazırlanması, beynəlxalq turnirlərin təşkili və world archery ilə əməkdaşlığın gücləndirilməsi kimi vacib məsələlər müzakirə edilib.

