Türkiyənin Antalya şəhərində keçirilən Dünya Kamandan Oxatma üzrə Gənclər Təlim Proqramı bu gün yekunlaşıb.
Düşərgədə məşqçi Fuad Allahverdiyev və idmançılar Nilufər Ağaməmmədli ilə Zahid Kazımzadə iştirak ediblər.
Tədbir Dünya Kamandan Oxatma Federasiyası tərəfindən, Olimpiya Həmrəyliyi proqramının dəstəyi və Türkiyə Kamandan Oxatma Federasiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.


