ABŞ nümayəndəsi Qreq İston world archery-nin 10-cu prezidenti olub

Bu gün Beynəlxalq Kamandan Oxatma Federasiyasının 56-cı Konqresi çərçivəsində 151 milli federasiyanın nümayəndəsi beynəlxalq federasiyanın yeni prezidentini seçiblər. Səsvermənin nəticələrinə əsasən, ABŞ nümayəndəsi Qreq İston world archery-nin 10-cu prezidenti olub.

O, bu vəzifədə son 20 il ərzində federasiyaya rəhbərlik etmiş və səlahiyyət müddətini başa vurmuş professor doktor Uğur Erdeneri əvəz edib.

Azərbaycan Kamandan Oxatma Federasiyası Qreq İstonu yeni vəzifəsi münasibətilə təbrik edir və bu idman növünün beynəlxalq arenada inkişafına verdiyi böyük töhfələrə görə Uğur Erdenere dərin minnətdarlığını bildirir.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp