Azərbaycanın qızlardan ibarət komandası “Vladimir Yeşeyev mükafatı” beynəlxalq turnirində bürünc medal qazandı

4–7 dekabr 2025-ci il tarixlərində Rusiya Federasiyasının Çita şəhərində keçirilən “Vladimir Yeşeyev mükafatı” üzrə beynəlxalq turnirdə Azərbaycanı təmsil edən qızlardan ibarət komanda uğurlu nəticə əldə edib.

Hüseynli Fatimə, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanovadan ibarət milli komandamız 15 ölkənin idmançılarının iştirakı ilə təşkil olunan yarışda yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb və bürünc medal qazanıb.

Komandamızın bu uğuru Azərbaycanın kamandan oxatma idman növü üzrə beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp