14 noyabr tarixində Azərbaycan İdman Akademiyasının Stadionunda “Zəfər turniri”nin açılış mərasimi baş tutub.
Açılışda giriş nitqi ilə çıxış edən Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən gənc oxatanların hazırlıq səviyyəsinin artırılması və yarış təcrübəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. O vurğulayıb ki, “Zəfər turniri” yalnız yerli idmanda rəqabəti gücləndirmir, həm də Dakar 2026 Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanmaq yolunda idmançılar üçün xüsusi əhəmiyyət daşıyır.
Baş katib bütün iştirakçılara uğurlar arzulayaraq onların yarışlarda göstərdikləri nəticələrin ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.
Rəsmi hissədən sonra turnirin sıralama atışları başlayıb.



