“Zəfər turniri”nin təsnifat mərhələsi yekunlaşdı

Bu gün Azərbaycan İdman Akademiyasının Stadionunda “Zəfər turniri”nin təsnifat mərhələsinə start verilib. Gənc oxatanlar yarış öncəsi hazırlıq mərhələsini tamamlayıblar.

60 metr məsafədə 19 qız və 9 oğlan idmançı sabah keçiriləcək sıralama atışlarında mübarizə aparacaqlar.

Turnirin nəticələrinə əsasən, qalib gələn oxatanlar 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Gənclərin Olimpiya Oyunlarında iştirak hüququ (lisenziya) qazanacaqlar.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp