III MDB Oyunlarında kamandan oxatma üzrə final mərhələsinə bir addım qaldı

III MDB Oyunları çərçivəsində bu gün Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların komanda və qarışıq komanda mərhələlərinə yekun vuruldu.

Gün ərzində Azərbaycan yığma komandası yüksək əzmkarlıq nümayiş etdirərək bütün qarşılaşmalarda sona qədər mübarizə apardı.

Yarışların həlledici mərhələsi sabah baş tutacaq. Final günündə qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına qarşı mübarizə aparacaq. Bu qarşılaşma MDB Oyunlarının ən maraqlı görüşlərindən biri kimi gözlənilir.

Azərbaycan Kamandan Oxatma Federasiyası idmançılarımızın sabahkı çıxışında qələbə qazanacağına əminliyini ifadə edir və bütün oxatma idmanının azarkeşlərini milli komandamızın yanında olmağa çağırır.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp