Xankəndidə kamandan oxatma üzrə yarışların ikinci günü başa çatdı.
Bu gün keçirilən kvalifikasiya mərhələsində qadınlar və kişilər üzrə bütün idmançılar fərdi mübarizədə qüvvələrini sınadılar.
Yüksək nəticə göstərən Nurlan Rəhimli və Fatimə Hüseynli birbaşa olaraq 1/8 final mərhələsinə vəsiqə qazandılar. Bununla yanaşı, Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Sərdar Vəliyev şəxsi qarşılaşmalarda qalib gələrək 1/8 finalda mübarizə aparmaq hüququ əldə etdilər.
Digər iştirakçımız Zahid Kazımzadə isə fərdi yarışlarda 1/16 final mərhələsində mübarizəni dayandırdı.
Sabah yarışların üçüncü günü keçiriləcək. Proqrama əsasən gün ərzində 1/8 final, 1/4 final və yarımfinal mərhələləri baş tutacaq.







