1 oktyabr tarixindən etibarən Xankəndi şəhəri möhtəşəm idman həyəcanına şahid olacaq – Kamandan Oxatma yarışı başlayır.
Final və qaliblərin mükafatlandırma mərasimi isə 5 oktyabrda keçiriləcək.
Azərbaycan yığması yarışda 6 güclü idmançı ilə mübarizə aparacaq.
Onların hədəfi – dəqiq ox, qələbə və ürəklərdə iz qoyaraq tarix yazmaqdır.
Eyni zamanda Tacikistan, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Respublikası və Rusiya Federasiyasının oxatan idmançıları da güclərini Xankəndidə sınayacaqlar.
