Bu gün Koreyanın Qvanqju şəhərində keçirilən Beynəlxalq Oxatma Federasiyasının 56-cı Konqresində professor doktor Uğur Erdener ömürlük təşkilatın Fəxri Prezidenti adına layiq görülüb.
Uğur Erdener beynəlxalq federasiyaya 20 il rəhbərlik edərək oxatmanın dünyada inkişafında və populyarlaşmasında böyük rol oynayıb. Sabah onun beşinci prezidentlik müddəti başa çatacaq.
Azərbaycan Kamandan Oxatma Federasiyası professor doktor Uğur Erdenerə dünya idmanının inkişafına və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə dərin təşəkkürünü bildirir.
