28–30 avqust tarixlərində ASCO Arenada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Azərbaycan Kamandan Oxatma Federasiyası” İctimai Birliyi sizi Açıq Havada Ölkə Birinciliyi və Çempionatının ən unudulmaz anlarına dəvət edir.
Üç gün boyunca — hədəfə sancılan oxlar, nəfəs kəsən rəqabət və qələbənin sevinc dolu anları sizi gözləyir.
28 avqust – İlk oxun səsi: Sınaq atışları / məşq
29 avqust – Mübarizə başlayır: Yarış günü
30 avqust – Qaliblərin anı: Final günü
