Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kamandan Oxatma Federasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 avqust 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd dövlət qulluqçuları arasında sağlam həyat tərzinin təşviqi, kamandan oxatma idman növünün təbliği və müxtəlif qurumlar arasında dostluq münasibətlərinin gücləndirilməsi olub.

Yarışda 12 dövlət qurumunu təmsil edən 30 iştirakçı (18 kişi, 12 qadın) bacarıqlarını sınamış, turnir boyu yüksək əzmkarlıq və idman ruhu nümayiş etdirmişlər.

Qadın iştirakçıları arasında nəticələr:
• Ülkər Fazilzadə – TƏBİB-in əməkdaşı;
• Aytəkin Əliyeva – Dövlət Gömrük Komitəsinin əməkdaşı;
• İlaha Hacıyeva – SOCAR-ın əməkdaşı.

Kişilər arasında isə fərqlənən iştirakçılar:
• Qurban Salmanov – TƏBİB-in əməkdaşı;
• Babək Fətullazadə – Dövlət Miqrasiya Xidmətinin əməkdaşı;
• Dilavər Nəcəfov – Gənclər və İdman Nazirliyinin əməkdaşı.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp