Antalyada World Archery-nin 2025-ci il üzrə ilk qlobal gənclər təlim proqramı start götürüb

World Archery tərəfindən təşkil olunan 2025-ci il üzrə ilk qlobal gənclər təlim proqramı 9–14 iyun tarixlərində Antalyada keçirilir.
Azərbaycan da daxil olmaqla 6 ölkədən 14–16 yaşlı perspektivli gənc oxatanlar və məşqçilər bu intensiv təlim həftəsində bir araya gəliblər.
Texniki hazırlıq, psixoloji məşq və mədəniyyətlərarası mübadilə ilə zənginləşdirilən proqram məşhur mütəxəssislər – Nataliya Nasaridze və Göktuğ Erginin rəhbərliyi ilə keçirilir. Düşərgədə məşqçi Fuad Allahverdiyev, idmançılar Nilufər Ağaməmmədli və Zahid Kazımzadə iştirak edirlər.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp