14 may 2025-ci il tarixində Azərbaycan İdman Akademiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və Akademiyanın birgə təşkilatçılığı ilə Karyera Sərgisi keçirildi.
Açılış mərasimində çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev sərginin əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür tədbirlər tələbə və məzunların karyera imkanlarını genişləndirməyə və ixtisaslarına uyğun işlə təmin olunmasında mühüm rol oynayır.
Tədbirdə bir sıra qurumlarla yanaşı, Azərbaycan Kamandan Oxatma Federasiyası da fəal iştirak etdi. Federasiyanı sərgidə Sümbül Turabova, Fərid Xəlilov və Aynur Əliyeva təmsil edirdilər.
Gənclərə idman sahəsində karyera imkanları təqdim olundu, birbaşa məlumatlandırma və əlaqə fürsətləri yaradıldı.




