Böyük qürur hissi ilə bildiririk ki, idmançımız Leyla Məmmədli Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında beynəlxalq miks yarışında 1-ci yerə çıxaraq qızıl medal qazanıb.
Gənc idmançımızı ölkəmizin bayrağını beynəlxalq arenada zirvəyə yüksəltdiyinə və qazandığı möhtəşəm qələbəyə görə səmimi-qəlbdən təbrik edirik.
Qeyd edək ki, Leyla Məmmədli Focus Oxatma Məktəbinin tələbəsidir.


