Əliyev Məhəmmədəliyə “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsi verilib

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun 3 mart 2025-ci il tarixli qərarı ilə yığmanın üzvü Əliyev Məhəmmədəliyə “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsi verilib.

İdmançının ölkədaxili və beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələr, eləcə də Azərbaycan idmanının inkişafına verdiyi töhfələr bu adı almağa əsas olub.

Azərbaycan Kamandan Oxatma Federasiyası adından Məhəmmədəlini bu münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp