Kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova “2024-cü ilin ən yaxşı qadın idmançı”sı elan edilib.
Gənclər və İdman Nazirliyi tərəfindən bu ada layiq görülən idmançımızın bu uğuru onun karyerasında möhtəşəm nailiyyət olmaqla, Kamandan Oxatma Federasiyası üçün yeni bir mərhələnin başlanğıcıdır.
Federasiyanın kollektivi adından Yaylagül xanımı bu münasibətlə ürəkdən təbrik edir, hədəflərinə doğru qətiyyətli addımlarında yeni nailiyyətlər arzulayırıq.
